Bakıda yol qəzası zamanı 3 nəfər ağır xəsarət alıb - FOTO

Bakıda yol qəzası zamanı 3 nəfər ağır xəsarət alıb - FOTO
  • Clock-gray 23:32
  • calendar-gray 17 Mart 2021

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Hüseyn Cavid prospektində baş verib.

“Daewoo” markalı avtomobili idarə edən Şahbazov Azər Bəxtiyar oğlu sükana nəzarəti itirib. Nəticədə avtomobil əks yolda hərəkətdə olan “Renault”a çırpılıb. 

Sürücülər avtomobildə sıxışıb qaldığından əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. “Renault”un sürücüsü Abbasov Elçin Telman oğlu və digər sürücü A.Şahbazov sıxışıb qaldıqları avtomobillərin salonundan çıxarılaraq xəstəxanaya çatdırılıb.

Qəza zamanı “Renault” markalı avtomobilin sürücüsünün həyat yoldaşı Abbasova Günay Fəxrədin qızı da xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, qadının vəziyyəti ağırdır.

Nurlan Əli

Digər xəbərlər