Bakıda yol qəzasında bir nəfər ölüb, üç nəfər xəsarət alıb

Bakıda yol qəzasında bir nəfər ölüb, üç nəfər xəsarət alıb
# 30 mart 2021 04:13 (UTC +04:00)

Bakının Nərimanov rayonunda yol qəzası zamanı bir nəfər ölüb, üç nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, yol qəzası Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, Kənan Həsənov idarə etdiyi “Toyota Prado” markalı avtomobili aşırıb. Qəza nəticəsində K. Həsənov xəsarət alıb.

Digər "Toyota Corolla" markalı avtomobilin sürücüsü Həşim Mədətov və onun sərnişini Rəşad Mədətov bədən və üz nahiyələrindən xəsarət alıblar. Həmin avtomobildə olan sərnişin 1961-ci il təvəllüdlü Rəhilə Mədətova xəstəxanada ölüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR