Bakıda yol qəzasında biri azyaşlı olmaqla 2 nəfər xəsarət alıb - FOTO

Bakıda yol qəzasında biri azyaşlı olmaqla 2 nəfər xəsarət alıb - FOTO
# 06 dekabr 2019 00:54 (UTC +04:00)

Bakının Yasamal rayonunda "QazEL" markalı yük maşını ilə "Honda" markalı avtomobili toqquşub.

APA-nın məlumatına görə, qəza Şərifzadə küçəsində, "İnşaatçılar" metro stansiyasının yaxınlığında baş verib.

Hadisə nəticəsində "Honda"da olan azyaşlı və onun anası, 1989-cu il təvəllüdlü Aysel Məmmədova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

A.Məmmədovaya sağ qolun əzilmiş yarası diaqnozu qoyulub.

Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR