Bakıda yol qəzasında qadın xəsarət alıb - FOTO

Bakıda yol qəzasında qadın xəsarət alıb - FOTO
# 14 fevral 2020 16:09 (UTC +04:00)

Bakının Sabunçu rayonunda yol qəzası baş verib.

APA-nın məlumatına görə, Ramana-450 (“Şuşa şəhərciyi”) qəsəbəsinin ərazisində yol kəsişməsində “Mercedes” markalı yük avtomobili ilə minik maşını toqquşub.

Qəza nəticəsində minik maşınında olan qadın xəsarət alıb, avtomobillərə ziyan dəyib. Yaralı hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Hadisənin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR