Bakıda yolu keçən 86 yaşlı kişini maşın vuraraq öldürüb

Bakıda yolu keçən 86 yaşlı kişini maşın vuraraq öldürüb
# 11 fevral 2020 16:53 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə metronun “Koroğlu” stansiyası yaxınlığında qeydə alınıb. Yolu keçmək istəyən, 1934-cü il təvəllüdlü Yusifov Raqub Yaquboğlunu maşın vurub. R. Yusifov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR