Bakıda yolu keçən piyadanı maşın vuraraq öldürüb

Bakıda yolu keçən piyadanı maşın vuraraq öldürüb
# 28 noyabr 2019 11:55 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Nəsimi rayon sakini, 1988-ci il təvəllüdlü Gözəlov Emil Ələskər oğlu etibarnamə əsasında idarə etdiyi 99 EK 082 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobillə Moskva prospekti ilə Xırdalan istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyadanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, eyni əməllə zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR