Bakıda yolu keçən piyadanı maşın vuraraq öldürüb

Bakıda yolu keçən piyadanı maşın vuraraq öldürüb
# 17 yanvar 2020 11:51 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 16-da saat 8 radələrində Binəqədi rayonu S.Məmmədova küçəsində Bakı şəhər sakini E.Qasımov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən paytaxt sakini Həsən Sədrəddinovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR