Bakıda yolu keçən piyadanı maşın vuraraq öldürüb

Bakıda yolu keçən piyadanı maşın vuraraq öldürüb
# 06 avqust 2020 13:51 (UTC +04:00)

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, avqustun 5-də saat 20 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini M.Həsənli idarə etdiyi “VAZ-21705” markalı avtomobillə yolu keçən qəsəbə sakini Bəşir Bəşirovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR