Bakıda yolu keçən piyadanı maşın vuraraq öldürüb

Bakıda yolu keçən piyadanı maşın vuraraq öldürüb
# 27 yanvar 2021 12:48 (UTC +04:00)

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nizami rayonunun Q.Qarayev prospektində Bakı şəhər sakini R.Manafov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini İ.Litvinenkonu vurub.

Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR