Bakıda yolu keçərkən piyadanı avtomobil vurub

Bakıda yolu keçərkən piyadanı avtomobil vurub
# 27 sentyabr 2020 01:02 (UTC +04:00)

Bakının Xəzər rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, 1954-cü il təvəllüdlü Əliyev Teyyub Qulaməli oğlu yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.

T.Əliyev ağır bədən xəsarətləri alıb.

Yaralı 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR