Bakıda yük avtomobili öz-özünə hərəkətə gələrək qəzaya uğrayıb - FOTO - VİDEO

Bakıda yük avtomobili öz-özünə hərəkətə gələrək qəzaya uğrayıb - FOTO - VİDEO
  • Clock-gray 03:46
  • calendar-gray 29 Fevral 2020

Bakının Yasamal rayonunda avtoqəza baş verib.

APA xəbər verir ki, hadisə Hüseyn Cavid prospektində qeydə alınıb.

İritutumlu qoşqulu yük avtomobili hərəkətsiz vəziyyətdə yol kənarında dayanarkən qəfildən hərəkətə gəlib. Nəticədə avtomobil yol kənarındakı ağac və səkiyə çırpılıb.

Hadisədən sonra sürücü Baba Əliyev hadisə yerinə gəlib. O, APA-ya bildirib ki, avtomobilini park edərək ərazidən uzaqlaşıb. Lakin nəqliyyat vasitəsi hündürlükdən aşağıya doğru öz-özünə hərəkətə keçib.

Nurlan Əli

Digər xəbərlər

Arxiv

date