Bakıda yük avtomobili piyadanın üzərindən keçib - FOTO

Bakıda yük avtomobili piyadanın üzərindən keçib - FOTO
# 04 iyul 2020 02:11 (UTC +04:00)

Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı bir piyada ölüb.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

Quba rayon sakini, 1958-ci il təvəllüdlü Abbasov Zakir Kəlbəli oğlu idarə etdiyi "Howo" markalı yük avtomobili ilə yerüstü piyada keçidinin yaxınlığında təxminən 30-35 yaşlı kişinin üzərindən keçib. Piyada hadisə yerində dünyasını dəyişib.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Piyadanın şəxsiyyəti dəqiqləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR