Bakıda yük avtomobili yanıb

Bakıda yük avtomobili yanıb
# 05 iyun 2020 18:18 (UTC +04:00)

Bakıda yük avtomobili yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. Belə ki, "МАZ" markalı yük avtomobilinin kabinə hissəsi və mühərriki yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR