Bakıda yük avtomobilini qaçıran şəxs tutulub

Bakıda yük avtomobilini qaçıran şəxs tutulub
# 14 fevral 2020 09:52 (UTC +04:00)

Bakıda yük maşını oğurlanıb.

Respublika Dövlət Yol Polisindən APA-ya verilən məlumata görə, bu gecə saat 03:45 radələrində “ZİL-MMC-4512” markalı, 50-DA-951 dövlət qeydiyyat nişanlı yük avtomobilinin Sulutəpə qəsəbəsindən qaçırılması barədə Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsindən daxil olan məlumat əsasında həmin avtomobil DİN Baş DYP İdarəsinin Ekoloji nəzarət bölüyünün 99-YP-688 dövlət qeydiyyat nişanlı patrul avtomobilində xidmət aparan YPX inspektorları tərəfindən saxlanılıb.

Yük avtomobilini qaçırmış Qobustan rayon sakinləri 1974-cü il təvəllüdlü Ağayev Yusif Heydər oğlu və 1980-ci il təvəllüdlü Qədirov Qədir Mamed oğlu tutularaq istintaq orqanlarına təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR