Bakının Binəqədi rayonunda bıçaqlanma olub

Bakının Binəqədi rayonunda bıçaqlanma olub
# 13 avqust 2020 03:57 (UTC +04:00)

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Xutor qəsəbəsi 15 ünvanında qeydə alınıb.

1992-ci il təvəllüdlü Məmmədov Hüseyn Adil oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı 3 nömrəli şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, o, komatoz vəziyyətindədir.

Fakt Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR