Bakının Yasamal rayonunda yanğın baş verib - FOTO

Bakının Yasamal rayonunda yanğın baş verib - FOTO
# 21 aprel 2021 22:11 (UTC +04:00)

Bakının Yasamal rayonunda yanğın baş verib.

APA-nın məlumatına görə, hadisə İbrahim Əbilov küçəsindəki (keçmiş "Sovetski") sökülmə ərəfəsində olan evlərdə qeydə alınıb.

Yanğın bir-birinə bitişik bir neçə evi əhatə edib. Yanğına ilkin müdaxiləni Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları edib. Hadisə yerinə FHN-din 4 yanğınsöndürmə xidmətinin texnikası cəlb edilib.

FHN-in hadisə yerində çalışan əməkdaşlarının verdiyi məlumata görə, yanğın söndürülüb və hazırda soyutma işləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR