Bakının Ziya Bünyadov prospektində yol qəzası tıxaca səbəb olub - FOTO - VİDEO

Bakının Ziya Bünyadov prospektində yol qəzası tıxaca səbəb olub - FOTO - VİDEO
# 26 noyabr 2019 00:48 (UTC +04:00)

Nərimanov rayonunda yol qəzası zamanı 3 nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə prospektin "Koroğlu" metrosu istiqamətinə gedən hissəsində baş verib.

"Azsamand" markalı minik avtomobili nasaz vəziyyətdə olduğundan körpünün üzərində dayanıb. Bu zaman yüksək sürətlə gələn "Mercedes" markalı yük avtomobili ona çırpılıb. Nəticədə minik avtomobilində olan 3 nəfər xəsarət alıb.

Qəza nətisində Z.Bünyadov prospektinin "20 yanvar" dairəsindən "Koroğlu" istiqamətinə gedən yolda tıxac yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR