Bakının mərkəzində silahdan havaya atəş açan şəxs tutulub

Bakının mərkəzində silahdan havaya atəş açan şəxs tutulub
  • Clock-gray 12:47
  • calendar-gray 05 İyun 2020

Bakıda silahlı insident olub.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, iyunun 3-də saat 1 radələrində Səbail rayonu ərazisində bir nəfərin xuliqanlıq zəminində Bakı şəhər sakini H.Hüseynovu hədələyərək odlu silahdan havaya atəş açması barədə daxil olmuş məlumatla əlaqədar Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini R.Salayev saxlanılıb. Ondan müvafiq sənədləri olan “Vinçester” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

apa-logo-mini

Digər xəbərlər