Balakən və Göyçayda avtomobil yanıb

Balakən və Göyçayda avtomobil yanıb
# 26 noyabr 2019 11:48 (UTC +04:00)

Balakən və Göyçay rayonlarında avtomobil yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, noyabrın 26-da səhər saatlarında nazirliyin “112” qaynar telefon xəttinə Balakən rayonu, Qazbinə kəndi yaxınlığında minik avtomobilinin alışması barədə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində salon hissəsi yanan və Gürcüstan vətəndaşına məxsus AM-065-AA Gürcüstan dövlət qeydiyyat nişanlı "OPEL" markalı minik avtomobilinin qalan hissələri yanğından mühafizə olunub.

Göyçay rayonunun Cəyirli kəndində isə "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR