Balakəndə 2 tondan artıq çətənə kolu məhv edilib

Balakəndə 2 tondan artıq çətənə kolu məhv edilib
  • Clock-gray 09:45
  • calendar-gray 05 İyun 2020

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının  “Xaş-Xaş-2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Kortala kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, yabanı halda bitən və ümumi çəkisi 2 ton 150 kiloqram olan çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

 

Vüqar Heydərov

Digər xəbərlər