Balakəndə 63 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

Balakəndə 63 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb
# 29 oktyabr 2020 03:14 (UTC +04:00)

Balakən rayonunun Mahmalar kəndində ölüm hadisəsi baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, kənd sakini, 1957-ci il təvəllüdlü Qazımahama Süleyman oğlu Pəhlivanov digər bir kənd sakinin həyətyanı sahəsində xurma yığarkən ehtiyatsızlıqdan ağacdan yıxılıb.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Q.Pəhlivanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirildikdən bir qədər sonra dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR