Balakəndə avtomobil hasara çırpılıb, ölən və yaralananlar var

Balakəndə avtomobil hasara çırpılıb, ölən və yaralananlar var
  • Clock-gray 12:56
  • calendar-gray 29 Oktyabr 2020

Balakəndə bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 29-da saat 2 radələrində rayonun Katex kəndi ərazisində kənd sakini Y.Nəbiyev idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı hasara vurub. Nəticədə avtomobildəki sərnişin Tofiq Mikanayev hadisə yerində ölüb, sürücü və digər sərnişini isə xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

apa-logo-mini

Digər xəbərlər