Balakəndə avtomobilinin vurduğu piyada xəstəxanada ölüb

Balakəndə avtomobilinin vurduğu piyada xəstəxanada ölüb
  • Clock-gray 21:02
  • calendar-gray 27 Dekabr 2020

Balakən rayonunun Heydər Əliyev prospektində ölümlə nəticələnən yol hadisəsi baş verib. 

APA-nın şimal-qərb bürosunun məlumatına görə, Balakən şəhər sakini, 1958-ci il təvəllüdlü Bəxtiyar Əmrullah oğlu Osmanov yolu keçmək istəyən zaman rayon sakini Faiq İbrahim oğlu Həşimovun idarə etdiyi “VAZ 2107” markalı 90 HO 133 dövlət nömrə nişanlı minik avtomobili tərəfindən vurulub.  

Qəza zamanı ağır qapalı kəllə-beyn travması alan B.Osmanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralı bir neçə saat sonra aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. 

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Vüqar Heydərov

Digər xəbərlər