Balakəndə fərdi evdə yanğın olub

Balakəndə fərdi evdə yanğın olub
# 12 mart 2021 23:30 (UTC +04:00)

Balakən rayonunun Sarıbulaq kəndində fərdi yaşayış evində yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 90 m² olan birmərtəbəli evin 1 otağının yanar konstruksiyaları 30 m² sahədə və dam örtüyü 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR