Balakəndə iki azyaşlı qaynar suda yanıb

Balakəndə iki azyaşlı qaynar suda yanıb
# 25 yanvar 2020 16:00 (UTC +04:00)

Balakəndə iki azyaşlı qaynar suda yanıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, yanvarın 24-ü axşam saatlarında rayonun Meşəşanbul kənd sakini, 2017-ci il təvəllüdlü Fatimə Sədrəddin qızı Koxayeva və Püştətala kənd sakini, 2017-ci il təvəllüdlü Şamil Musa oğlu Dikanayev yanıq xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Müayinə zamanı hər iki azyaşlının öz yaşadıqları ünvanda qaynar su olan qazana yıxılaraq yanıq xəsarətləri aldığı məlum olub.

F. Koxayevaya 1-2 dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub, onun müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində aparılır.

Ş. Dikanayev isə 2-3 A dərəcəli termiki yanıq xəsarəti diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsində müalicə alır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR