Balakəndə karantin qaydalarını pozan kafe aşkarlanıb

Balakəndə karantin qaydalarını pozan kafe aşkarlanıb
# 29 mart 2021 10:01 (UTC +04:00)

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı şəhər ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən kafe aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, vətəndaş Ramil İsmayılovun icarə əsasında işlətdiyi kafenin gecə saatlarında gizli şəkildə fəaliyyət göstərdiyi müəyyən edilib. Obyektin icarədarı barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb, həmçinin onunla profilaktik söhbət aparılıb, karantin qaydalarına riayət etməsinin vacibliyi diqqətə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR