Balakəndə keçmiş məhkumdan 26 bükümdə heroin götürülüb

Balakəndə keçmiş məhkumdan 26 bükümdə heroin götürülüb
# 31 may 2020 14:25 (UTC +04:00)

Balakəndə keçmiş məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbirləri keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Gərəkli kənd sakini, əvvəllər məhkum olunmuş Şamil Qarayev saxlanılıb. Şübhəli şəxs qismində saxlanılan Ş. Qarayevin üzərinə baxış zamanı ondan 26 bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Digər əməliyyat zamanı rayon sakini, Elçin Yusifovun üzərindən isə psixotrop maddə hesab edilən metanfetamin götürülüb.

Hər iki fakt üzrə Balakən RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR