Balakəndə əkin sahəsində 19 kq narkotik aşkarlanıb

Balakəndə əkin sahəsində 19 kq narkotik aşkarlanıb
# 30 iyun 2020 13:49 (UTC +04:00)

Balakəndə əkin sahəsində narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Mahamalar kənd sakini Q.Mamedov Tülü kənd inzibati ərazisində ona məxsus əkin sahəsində narkotik vasitənin olduğu barədə Balakən Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edib.

Müraciət əsasında Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd olunan ərazidən kultivasiya yolu ilə yetişdirilmiş 73 ədəd çətənə kolu və 19 kq 190 qram qurudulmamış marixuana aşkarlanaraq götürülüb.

Hazırda faktla bağlı Balakən RPŞ-də araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR