Balakəndə kişini elektrik cərəyanı vuraraq öldürüb

Balakəndə kişini elektrik cərəyanı vuraraq öldürüb
# 22 iyul 2020 22:14 (UTC +04:00)

Balakən rayonunun Hənifə kəndində ölümlə nəticələnən hadisə baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, kənd sakini, 1955-ci il təvəllüdlü Tələt Nurəddin oğlu Ramazanov yaşadığı ünvanda texniki işlər aparan zaman onu elektik cərəyanı vurub.

Ağır elektroşok travması alan T.Ramazanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.

Faktla bağlı Balakən Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR