Balakəndə minik avtomobili aşıb, 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Balakəndə minik avtomobili aşıb, 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
  • Clock-gray 09:25
  • calendar-gray 01 Yanvar 2021

Balakəndə baş verən ağır yol qəzasında 1 nəfər ölüb, 4  nəfər xəsarət alıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə dekabrın 31-i axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində baş verib. 

Balakən rayon sakininin  idarə etdiyi “KHAZAR” markalı minin avtomobili  Zaqatala rayonundan Balakən şəhəri istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı avtomobildə olan şəxslər- 1980-cı il təvəllüdlü Balakən rayonu Qazma kənd sakini Vidadi Cuma oğlu Əhmədov, 2000-ci il təvəllüdlü Hənifə kənd sakini Alişan Əsəbəli oğlu Namazov, 2001-ci il təvəllüdlü Hənifə kənd sakini Nicat Arif oğlu Kiçiliyev, 1988-ci il təvəllüdlü Hənifə kənd sakini Yusif Nəbi oğlu Nəbiyev və 1991-ci il təvəllüdlü Azad Rövşən oğlu Qardaşaov aldırları müxtəlif dərəci bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olublar. 

Yaralılardan 19 yaşlı N. Kiçiliyev  xəstəxanaya daxil olduqdan bir neçə saat sonra aldığı xəsarətlərdən həyatını dəyişib. 

V. Əhmədov və A. Qardaşovun müalicə və müayinəsi xəstəxanada davam etdirilir. 

N. Nəbiyevin və A. Namazovun xəsarətləri yüngül olduğundan onlara ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. 

Faktla bağlı araşdırma aparılır. 

 

Vüqar Heydərov

Digər xəbərlər