Baş İdarə əməliyyat keçirib, silahlı şəxs tutulub

Baş İdarə əməliyyat keçirib, silahlı şəxs tutulub
# 30 yanvar 2021 12:44 (UTC +04:00)

Bakıda keçmiş məhkumdan silah-sursat götürülüb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş O.Əliyevdən nömrəsi silinmiş “Makarov” markalı tapança, patron darağı və 3 ədəd patron aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR