Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib, silahlı şəxs tutulub

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib, silahlı şəxs tutulub
# 20 yanvar 2021 11:56 (UTC +04:00)

Bakıda və Sumqayıtda silahlı şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Sumqayıt şəhəri Novxanı bağlar yaşayış sahəsində yaşayan H.Tumasovdan 3 ədəd patron aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan “Makarov” markalı tapança, 61 ədəd sandıq və 296 ədəd patron da götürülüb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini İ. Ağayev Binəqədi rayonu ərazisində saxlanılıb.

Ondan “Marqolin” markalı tapança və 44 ədəd patron aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR