Baş Prokurorluğun instagram səhifəsində sual-cavab adlı sessiya keçirilib - VİDEO

Baş Prokurorluğun instagram səhifəsində sual-cavab adlı sessiya keçirilib - VİDEO
  • Clock-gray 15:10
  • calendar-gray 11 Sentyabr 2020

Sentyabrın 11-də saat 09:00-dan 13:00-dək Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində prokurorluqla sual-cavab adlı sessiya keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ictimaiyyət tərəfindən maraqla qarşılanan sessiya zamanı vətəndaşların sualları cavablandırılıb, eləcə də müraciətlər qeydə alınıb.

Sessiya zamanı 119 müraciət daxil olub, müraciətlərin dərhal Baş Prokurorluğun vəzifəli şəxsləri tərəfindən cavablandırılması təmin edilib.

Növbəti sual-cavab sessiyasının tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Səlcuq Elçin

Digər xəbərlər