Baş prokuror Şirvanda vətəndaşları qəbul edəcək

Baş prokuror Şirvanda vətəndaşları qəbul edəcək
# 20 fevral 2020 10:18 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov fevralın 28-də saat 10:00-da Şirvan şəhər prokurorluğunun inzibati binasında Şirvan şəhər və Sabirabad rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şirvan şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR