Baş prokuror Vətən müharibəsində itkin düşən şəxslərin ailə üzvlərini qəbul edib

Baş prokuror Vətən müharibəsində itkin düşən şəxslərin ailə üzvlərini qəbul edib
# 08 aprel 2021 16:42 (UTC +04:00)

Bu gün Baş Prokurorluqda Baş Prokuror Kamran Əliyevin Vətən müharibəsində itkin düşən soydaşlarımızın ailə üzvləri ilə görüşü olub.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, görüş zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri ilə söhbətlər aparılıb, onların şikayətləri dinlənilib.

Ailə üzvləri tərəfindən səsləndirilmiş şikayətlər qeydiyyata alınaraq hər biri Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.

Əsas və ağrılı problemlərimizdən biri olan itkinlərin axtarışı məsələsində mövcud problemlərin həlli ilə bağlı mümkün olan bütün imkanlardan istifadə ediləcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR