Beyləqan, Qax və Şəmkir sakinlərindən oldu silahlar götürülüb

Beyləqan, Qax və Şəmkir sakinlərindən oldu silahlar götürülüb
  • Clock-gray 13:21
  • calendar-gray 21 Yanvar 2021

Rayon sakinlərindən odlu silahlar götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Beyləqan Rayon Polis Şöbəsi  əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Günəşli kənd sakini A.Həsənovdan müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb

Qax polisi tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində isə Qaxingiloy kənd sakini, əvvəllər məhkum olunmuş F.Mustafazadədən 33 qramdan artıq marixuana və “Makarov” tipli tapança, habelə gizlətdiyi 435 qram marixuana aşkar edilərək götürülüb.

Digər bir əməliyyat isə  Şəmkir Rayon Polis Şöbəsi  əməkdaşları tərəfindən keçirilib. Nəticədə Dəllər Cırdaxan kəndi ərazisində Əliyaqublu kənd sakini A.Abdullayevdən müvafiq sənədləri olmayan “İJ-18E” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

 

Sail Ağasəlim

Digər xəbərlər