Beyləqan sakini dəm qazından zəhərlənərək ölüb

Beyləqan sakini dəm qazından zəhərlənərək ölüb
# 25 yanvar 2020 11:16 (UTC +04:00)

Beyləqanda ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun 1-ci Şahsevən kəndində qeydə alınıb.

Kənd sakini, 1957-ci il təvəllüdlü Atakişiyev Rasim Əli oğlunun meyiti qohumları tərəfindən yaşadığı evdə aşkarlanıb.

İlkin ehtimala görə, R. Atakişiyev dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR