Beyləqanda avtomobil piyadanı vuraraq öldürüb

Beyləqanda avtomobil piyadanı vuraraq öldürüb
# 04 iyun 2020 12:18 (UTC +04:00)

Beyləqanda avtomobil piyadanı vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, iyunun 3-də saat 21 radələrində Beyləqan rayonunun Xalac kəndi ərazisində Füzuli rayon sakini M.Sadıqov idarə etdiyi “VAZ-21063” markalı avtomobillə yolu keçən Əhmədli kənd sakini Həkimxan Şükürovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR