Beyləqanda mağazalardan oğurluq edən şəxslər saxlanılıb

Beyləqanda mağazalardan oğurluq edən şəxslər saxlanılıb
  • Clock-gray 12:12
  • calendar-gray 03 Mart 2021

Beyləqanda mağazalardan oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda şəhər ərazisindəki 3 mağazadan ümumilikdə 176 manat pul və 10 460 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş F.Mahmudlu və Füzuli rayon sakini X.Məmmədli saxlanılıb.

Sail Ağasəlim

Digər xəbərlər