Beyləqanda mikroavtobus dərəyə aşıb, ölən və xəsarət alanlar var

Beyləqanda mikroavtobus dərəyə aşıb, ölən və xəsarət alanlar var
  • Clock-gray 22:17
  • calendar-gray 03 Yanvar 2021

Beyləqan rayonunda avtomobil dərəyə aşıb.

APA Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə İkinci Aşıqlı kəndində baş verib.

Hadisə barədə FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat verilib. “Mercedes” markalı mikroavtobusun dərəyə aşması nəticəsində bir nəfər dünyasını dəyişib, bir neçə nəfər isə xəsarət alıb.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə olan bir nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 4 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Yol qəzasının təfərrüatları araşdırılır.

apa-logo-mini

Digər xəbərlər