Beyləqanda müalicə aldığı ünvanı tərk edən “COVID-19” xəstəsi müəyyən edilib

Beyləqanda müalicə aldığı ünvanı tərk edən “COVID-19” xəstəsi müəyyən edilib
# 10 dekabr 2020 16:01 (UTC +04:00)

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə genişmiqyaslı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində koronavirus testi pozitiv çıxmış və ev şəraitində müalicə təyin edilmiş rayon sakini Bəhruz Babayev karantin qaydalarına zidd davranaraq şəhər ərazisində olduğu zaman müəyyən edilərək saxlanılıb.

B.Babayev polis əməkdaşlarının müşayiəti ilə müalicə aldığı ünvana geri qaytarılıb. Həmin şəxslə profililaktiki səpkidə söhbətlər aparılıb, karantin rejiminin tələblərinə riayət edilməsinin vacibliyi onun diqqətinə çatdırılıb.

Beyləqan RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR