Beyləqanda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi müəyyən edilib

Beyləqanda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi müəyyən edilib
  • Clock-gray 12:16
  • calendar-gray 09 Yanvar 2021

Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində koronavirus testi müsbət çıxmış və ev şəraitində müalicə təyin edilmiş rayon sakini R. Nuriyevin karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk edərək özünə məxsus ərzaq mağazasında olduğu müəyyən edilib.

Həmin şəxs  həkimlərin müşayiəti ilə yaşadığı ünvana geri qaytarılıb.

Faktla bağlı Beyləqan RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

apa-logo-mini

Digər xəbərlər