Biləsuvar sakini Bakıda parkda bıçaqlanıb

Biləsuvar sakini Bakıda parkda bıçaqlanıb
  • Clock-gray 00:52
  • calendar-gray 09 Fevral 2021

Bakının Səbail rayonunda 31 yaşlı kişi bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Arif İsmayılov küçəsində yerləşən parkda baş verib.

Biləsuvar sakini, 1990-cı il təvəllüdlü Məmmədov Mais Şöhlət oğlu parkda gəzərkən iki nəfərin hücumuna məruz qalıb. Nəticədə onun sağrı nahiyəsinə iki bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. Yaralı cərrahi əməliyyat olunub.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində araşdırma aparılır.

Nurlan Əli

Digər xəbərlər