Biləsuvar sakinindən odlu silah götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Biləsuvar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Alar kənd sakini İ.Əzimovdan müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Araşdırma aparılır.