Biləsuvar və Qəbələ sakinlərindən silah götürülüb

Biləsuvar və Qəbələ sakinlərindən silah götürülüb
# 28 iyul 2020 12:11 (UTC +04:00)

Biləsuvar və Qəbələ sakinlərindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Biləsuvar rayonu Arazbari kənd sakini R.Kazımovdan müvafiq sənədləri olmayan lüləsi kəsilmiş “İJ-16” markalı ov tüfəngi götürülüb.

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Nic qəsəbə sakini V.Quvasaridən isə müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR