Biləsuvarda İran vətəndaşı 8 kq narkotiklə saxlanılıb

Biləsuvarda İran vətəndaşı 8 kq narkotiklə saxlanılıb
  • Clock-gray 09:54
  • calendar-gray 19 Mart 2021

Biləsuvar Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində saxlanılan İran vətəndaşından 8 kiloqramdan artıq müxtəlif növ güclü təsiredən narkotik vasitələr, psixotrop maddə və həblər aşkarlanaraq götürülüb. 

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, İran İslam Respublikasının vətəndaşı Əmirhüseyn Rüstəminin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinib və dövlət sərhədini qanunsuz olaraq keçməsi barədə daxil olmuş məlumat əsasında həmin şəxs Biləsuvar rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Əlindəki çantaya keçirilən baxış zamanı ayrı-ayrı plastik qablarda ümumi çəkisi 5 kiloqram 680 qram narkotik vasitə heroin, 2 kiloqram 785 qram psixotrop maddə metamfetamin, 145 qram narkotik vasitə tiryək, 177 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Digər xəbərlər