Biləsuvarda avtomobildən külli miqdarda narkotik aşkarlanıb - FOTO

Biləsuvarda avtomobildən külli miqdarda narkotik aşkarlanıb - FOTO
  • Clock-gray 09:54
  • calendar-gray 20 Yanvar 2020

Biləsuvarda 1,5 kiloqramdan artıq psixotrop maddə və narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın Cənub bürosuna verilən məlumata görə, Biləsuvar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Murad Nəsirov “Chevrolet Cruse” markalı avtomobillə Biləsuvar şəhəri ərazisində saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib. Keçirilən axtarış zamanı M. Nəsirovun üzərindən 37 qram narkotik vasitə heroin, idarə etdiyi avtomobilindən isə 1 kiloqram 75 qram psixotrop maddə olan metamfetamin, 555 qram heroin aşkar edilərək götürülüb. Saxlanılar şəxs narkotik vasitəni “Qulam” adlı İran vətəndaşından əldə etdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Digər xəbərlər

Arxiv

date