Biləsuvarda baş verən qəzada 2 nəfər ölüb

Biləsuvarda baş verən qəzada 2 nəfər ölüb
  • Clock-gray 08:31
  • calendar-gray 20 Sentyabr 2020

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, qəza gecə saatlarında rayonun Səmədabad kəndində qeydə alınıb.

"Niva" markalı avtomaşının aşması nəticəsində sürücü Kamal Ağayev və hələlik adı məlum olmayan sərnişini hadisə yerində ölüb. Onların meyiti müayinə olunması ötrü Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Digər xəbərlər