Biləsuvarda karantin qaydalarını pozan idman zalı aşkarlanıb

Biləsuvarda karantin qaydalarını pozan idman zalı aşkarlanıb
  • Clock-gray 16:08
  • calendar-gray 11 Dekabr 2020

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması istiqamətində Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı şəhər ərazisində sərtləşdirilmiş karantin rejiminə zidd olaraq gizli şəkildə fəaliyyət göstərən idman zalı aşkarlanıb.

Barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilməklə həmin idman zalını işlədən Z.Kamranlı 400 manat, orada məşq etməklə karantin qaydalarını pozan digər 3 nəfər isə 200 manat məbləğində cərimə olunublar.

Tural Kərimov

Digər xəbərlər