Biləsuvarda maşın su kanalına aşıb, ölən və yaralananlar var

Biləsuvarda maşın su kanalına aşıb, ölən və yaralananlar var
# 28 noyabr 2020 19:21 (UTC +04:00)

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, yol qəzası rayonun Çaylı kəndində qeydə alınıb.

Cəlilabad rayonu Üçtəpə kənd sakini Nail Nəzər oğlu Qafarovun idarə etdiyi BMW markalı minik avtomobilinin su kanalına aşması nəticəsində İbrahim Nəzər oğlu Qafarzadə ölüb. Digər sərnişin Ələkbər Tahir oğlu Abbasov isə sürücü ilə birgə orta dərəcəli bədən xəsarətləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hər üç şəxs həmkəndlidirlər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR